Ten Haq “Ayaks”a qayıdır?
“Ayaks” Erik ten Haqın baş məşqçi postuna qayıdışını nəzərdən keçirir.
Msport.az xəbər verir ki, Amsterdam klubu Françesko Fariolinin ayrılmaq qərarından sonra ten Haqı yenidən komandaya dəvət etməyi ciddi şəkildə düşünür.
İtaliyalı məşqçi komandasının Erediviziyada çempionluq yarışında PSV-yə uduzmasından sonra istefa verib. Yeganə problem ten Haqın “Bayer”in də namizədlər siyahısında yer almasıdır.
Qeyd edək ki, Erik ten Haq 2017–2022-ci illərdə “Ayaks”ı çalışdırıb. Onun rəhbərliyi altında klub 6 kubok qazanıb və 2 dəfə Niderland çempionu olub.