Ten Haq “Bayer”də 3 ay qaldı
“Bayer” baş məşqçisi Erik ten Haqı istefaya göndərib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya klubunun rəhbərliyi ten Haqın vəzifədən azad olunması qərarını bu gün verib.
Qeyd edək ki, Erik ten Haq “Bayer”in baş məşqçisi vəzifəsinə mayın sonunda gətirilmişdi.