featured-image-69131

Erik ten Haq “Bayer” klubundan qovulmasına görə böyük miadarda kompensasiya alacaq. Msport.az “Bild”ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl pozulduğundan ona təxminən 5 milyon avro təzminat ödəniləcək.

Ten Haq bu ilin avqustunda Leverkuzen klubunun sükanı arxasına keçmişdi.

“Bayer” Almaniya Bundesliqasının ilk 2 turundan sonra cəmi 1 xal toplayıb və baş məşqçi istefaya göndərilib.

Qeyd edək ki, Ten Haqın “Mançester Yunayted”dəki fəaliyyəti də uğursuz olmuşdu.

Bənzər xəbərlər