featured-image-55545

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində bu gün “Aston Villa” ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, bu oyun Erik ten Haqın “qırmızı şeytanlar”ın sükanı arxasında son görüşü ola bilər.

Əgər “Yunayted” səfərdə qələbə qazana bilməsə, böyük ehtimalla niderlandlı mütəxəssis istefaya göndəriləcək. Müvəqqəti olaraq onu köməkçisinin əvəz edəcəyi gözlənilir.

Baş məşqçi postuna ən real namizəd isə Rud van Nistelroydur. O, son olaraq 2022-2023-cü illərdə “PSV Eyndhoven”i çalışdırıb.

 

Bənzər xəbərlər