featured-image-24593

“Liverpul”a 0:7 hesablı məğlubiyyətdən sonra “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq futbolçularının sakit şəkildə rəqibin qələbə sevincini dinləməsini istəyib.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis matçdan sonra paltardəyişmə otağında oyunçularını məcbur edib ki, “Liverpul” futbolçularının və azarkeşlərin qələbəni necə qeyd etmələrinə qulaq assınlar.

O, bu yolla komandasını motivasiya etməyə çalışıb ki, bir daha belə məğlubiyyətlər qeydə alınmasın. Bundan sonra ten Haq “Yunayted”in futbolçularını kəskin tənqid edib: “Bəxtiniz gətirib ki, klub avtobusu ilə gedirsiniz,  sizin mübarizəsiz oyununuza pul xərcləyən əsəbi azarkeşlərlə yox”.

Ertəsi gün ten Haq klubun bazasına səhər 7-də gəlib. Klubdakı mənbələr bildirib ki, “məşqçi çox əsəbi idi. O bildirdi ki, birdə belə hal baş verərsə, hamınızı U-21 komandasına göndərəcəm”.

“Qırmızı şeytanlar”ın baş məşqçisi futbolçuların əlavə idman psixoloqu ilə teməşğul olmalarını istəyib. O, komandanın ötən mövsümdəki uğursuzluqlara qayıtmasını istəmir.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər