Ten Haq İngilis dilini bilmədiyindən futbolçularla problem yaşayır
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın komandanın bəzi futbolçuları ilə fikir ayrılığı yaranıb. Msport.az xəbər verir ki, niderlandlı mütəxəssis ingilis dilini zəif bildiyindən bəzi fikirlərlərini oyunçulara çatdırmaqda çətinlik çəkir.
“Erik çox açıq və sözünü deyən adamdır. O təmiz adamdır, amma ötən mövsüm Ten Haqa irad bildirdilər ki, futbolçularla davranışını bir az dəyişsin. Erik onları həddən çox tənqid edirdi. Amma hərdən o, İngilis dilini zəif bildiyindən fikrini çatdıra bilmirdi.
Ötən mövsüm Kazimiroya demişdi ki, onu oyundakı səbəblərdən əvəzləyib. Erik həmin vaxt taktikanı nəzərdə tuturdu. Nəticədə isə bu Kazemironun xətrinə dəymişdi, braziliyalı yarımmüdafiəçi elə başa düşmüşdü ki, zəif oynamasına görə əvəzlənib” – deyə adının açıqlanmasını istəməyən mənbə bildirib.