featured-image-29417

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Vest Hem”lə oyunda (0:1) kobud səhvə yol verən qapıçı David de Xeanı müdafiə edib. Msport.az xəbər verir ki, niderlanlı mütəxəssis bildirib ki, qolkiperlə yeni müqavilə imzalanacaq:

“Bəli, bu kobud səhv idi. Lakin səhvlər futbolun bir hissəsidir. Biz komanda olaraq bunun öhdəsindən gəlməliyik. Futbol komanda idman növüdür. Həm də mövsüm ərzində onun “quru” oyunları çox olub. Hər kəs məsuliyyəti öz üzərinə götürməlidir.

Yeni müqavilə? Əlbəttə, biz istəyirik ki,de Xea yeni müqavilə bağlasın. Onsuz biz burda, bu yerdə olmazdıq”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər