featured-image-50359

İngiltərə nəhəngi “Mançester Yunayted” başq məşqçisi Erik ten Haqla müqavilə müddətini uzadıb.

Msport.az xəbər verir ki, niderlandlı baş məşqçinin müqavilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Erik ten Haq açıqlamasında bildirib ki, düşüncələri tamamilə klub rəhbərliyi ilə üst-üstə düşür. Baş məşqçi “qırmızı şeytanlar”a layiq olduğu nəticələri qazandıracağına əmindir.

Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 8-ci pillədə başa vurub, Çempionlar Liqasında isə qrupda son pillədə qərarlaşıb.

Bənzər xəbərlər