featured-image-14343

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz Erik ten Haqın Kriştiano Ronaldoya qarşı hörmətsizlik etdiyini deyib.

Msport.az xəbər verir ki, İngiltərə yığmasının sabiq futbolçusu “BT Sports”un efirində bu fikiri səsləndirib:

“Ronaldonu “Omoniya” ilə oyunda start heyətində qoymaq ona qarşı hörmətsizlikdir. Ten Haqın onu Kiprdə ilk dəqiqələrdən meydana buraxmağı “Mançester Siti” ilə derbidə ehtiyatda saxlamağından da böyük hörmətsizlikdir. Ronaldo dünya səviyyəli ulduzdur.

Demirəm ki, 37 yaşında o, bütün matçlarda, xüsusən də böyük oyunlarda –  start heyətində yer almalıdır.  Ancaq Avropa Liqasında motivasiya olmaq çətin məsələdir. Bunu demək mənə xoş deyil, lakin bu, faktdır. Böyük klubların futbolçularına bu turnirə köklənmək ağır olur”.

Xatırladaq ki, Ronaldo “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının 9-cu turunun oyununda (3:6) sona qədər ehtiyatda qalmışdı.

Bənzər xəbərlər