featured-image-30425

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın heyətdə görmək istəmədiyi futbolçular məlum olub. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, yay transfer pəncərəsi zamanı “qırmızı şeytanlar”ı qapıçı Din Henderson, müdafiəçilər Erik Beyi, Harri Maquayr, Aleks Telles, Brendon Uilyams, yarımmüdafiəçilər Donni van den Bek, Skott Maktominey, hücumçular Entoni Elanqa, Antoni Marsyal və Vaut Veqorst tərk edə bilərlər.

36 oyundan 69 xal yığan “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 4-cü yeri tutur

Ten Haq ilk mövsümdür ki, İngiltərə klubuna rəhbərlik edir. Onun müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

ANAR 

Bənzər xəbərlər