featured-image-49217

Braziliya millisinin sabiq futbolçusu Tyaqo Silvanın “Fluminense”yə keçidi böyük maraqla qarşılanıb.

Msport.az xəbər verir ki, 39 yaşlı oyunçunun “Marakana” stadionunda keçirilən təqdimat mərasiminə 55 mindən çox insan qatılıb. Bu da Braziliyada bir futbolçunun təqdimatı üçün rekord göstəricidir.

T. Silva 2006-2009-cu illərdə yetirməsi olduğu “Fluminense”nin əsas heyətində forma geyinib və Braziliya kubokunu qazanıb.

Qeyd edək ki, Tyaqo Silva son olaraq İngiltərənin “Çelsi” komandasında çıxış edib.

Bənzər xəbərlər