featured-image-25033

“Barselona” İspaniya çempionatının 25-ci turunda “Atletik”i 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, Mark- Andre ter Şteqen Kataloniya klubunda 150-ci “quru” oyununu keçirib.

Bu, “Barsa”nın tarixində 3-cü ən yaxşı göstəricidir.

Rekord 237 matçda qapısının toxunulmazlığını qoruyan Viktor Valdesə məxsusdur. Andoni Subisaretta 172 görüşdə qapısında qol görməyib.

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. O, bu mövsüm 21 “quru” oyun (19-u La Liqada) keçirib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər