Ter Ştegen cəzalandırıla bilər
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen cəzalandırıla bilər.
Msport.az xəbər verir ki, futbolçu zədəsi ilə bağlı La Liqanın tibb komissiyasına hesabat göndərməsinə razılıq verməyib.
Kataloniya klubu başa düşür ki, qapıçının sağalması 4 ay vaxt aparacaq. Bu isə “Barselona”ya yeni transferləri qeydiyyatdan keçirməyə imkan verəcək.
“Barselona” ter Ştegenlə bağlı hüquq departamentindən intizam işi açmağı istəyəcək. Klub utbolçunu həm iqtisadi, həm də idman baxımından zərərli qərarına görə cəzalandırmağı düşünür.