Ter Ştegen Premyer Liqa yolunda
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, İngiltərə klubu 33 yaşlı qolkiperi hazırkı qapıçı Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir.
Almaniyalı qapıçının “Barselona” ilə müqaviləsinin müdətinin başa çatmasına hələ 3 il var. Buna baxmayaraq, onun baş məşqçi Hans-Diter Flikin gələcək planlarında yer almadığı bildirilir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir. Bu müddət ərzində o, 422 oyun keçirib, bunların 175-də qapısını toxunulmaz saxlayıb.