Ter Şteqen kapitanlıqdan niyə uzaqlaşdırılır?
“Barselona” Mark-Andre ter Şteqeni kapitanlıq sarğısından məhrum edə bilər. Msport.az xəbər verir ki, Kataloniya klubunun müdafiəçisi Erik Qarsiya məsələyə münasibət bildirib:
“Bu, məşqçinin həll edəcəyi məsələdir. Düşünürəm ki, komanda Barselonaya qayıtdıqdan sonra o, qəqarını açıqlayacaq. Ötən il səsvermə olmuşdu. Bilmirəm, bu dəfə necə olacaq. Odur ki, komandanın qayıtmağını gözləyək”.
Qeyd edək ki, mediada məşqçilər korpusu və klub rəhbərliyinin qərarına əsasən, Ter Şteqenin kapitanlıqdan uzaqlaşdırılacağı ilə bağlı xəbər yayılıb.