featured-image-28924

“Barselona”nın qapıçıçısı Mark Andre ter Şteqen yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, almaniyalı futbolçu “Betis”lə İspaniya La Liqasının 32-ci turunun oyununda qapısının toxunulmazlığını qoruyub. Bu 31 yaşlı qolkiperin cari mövsümdə 24-cü “quru” oyunu olub. O, Klaudio Bravonun 2014-2015-ci illər mövsümündə müəyyənləşdirdiyi rekordu (23 oyun) geridə qoyub.

Ter Şteqen çempionatda cəmi 11 top buraxıb. Qolkiper avqustun 28-dən oktyabrın 9-a kimi 6 “quru” oyun keçirib. “Barsa”nın çərçivə qoruyucusu həmin vaxt “Valyodolid””, Sevilya”, “Kadis”, “Elçe”, “Malyorka” və “Selta” ilə matçlarda qapısında qol görməyib.

Cari mövsümdə Ter Şteqeni yalnız “Real” (iki oyunda), “Real Sosyedad”, “Osasuna”, “Betis”, “Espanyol”, “Almeriya” və “Rayo Valyekano” futbolçuları məyus edə biliblər.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər