featured-image-25312

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Msport.az xəbər verir ki, bu gün iki belə qarşılaşma baş tutub.

“Brayton” doğma meydanda “Kristal Pelas”a, “Brentford” isə səfərdə “Sauthempton”a qalib gəlib.

Bu nəticələrdən sonra “Brayton” 42 xalla 7-ci, “Brentford” 41 xalla 8-ci pillədə qərarlaşıb. “Kristal Pelas” 27 xalla 12-cidirsə, “Sauthempton” 22 xalla sonuncudur.

İngiltərə Premyer Liqası
15 mart

7-ci turun oyunu
Sauthempton – Brentford 0:2
Qol: Touni, 32. Vissa, 90+7.

8-ci turun oyunu
Brayton – Kristal Pelas 1:0
Qol: Mark, 15.

Bənzər xəbərlər