TFF Merihlə bağlı xəbəri yalanladı
Türkiyə Futbol Federasiyası (TFF) “Bild” nəşrinin yaydığı xəbəri yalanlayıb. Msport.az xəbər verir ki, Almaniya qəzeti Türkiyə millisinin üzvü Merih Demirala 2 oyunluq cəza verildiyini yazıb. Qeyd edək ki, Merih Avro-2024-ün 1\8 final mərhələsinin Avstriya ilə oyununda bozqurd işarəsi göstərmişdi.
TFF bu xəbəri təkzib edərək UEFA-nın sabah rəsmi qərar çıxaracağını bildirib.