featured-image-42073

Azərbaycanlı jurnalist Rasim Mövsümzadə FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün Lionel Messiyə səs verib.

Msport.az xəbər verir ki, o, ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən hücumçunu birinci yerə layiq görüb.

Mövsümzadə İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holannı ikinci, İspaniya təmsilçisi “Barselona”nın formasını geyinən İlkay Gündoğanı üçüncü yerə layiq görüb.

Qeyd edək ki, Messi “The Best” mükafatının sahib olub. Argentinalı hücumçu 2019 və 2022-ci illərdə də bu fərdi titula yiyələnib.

Bənzər xəbərlər