featured-image-24030

FİFA “The Best” mükafatlandırma mərasimində dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messinin kimlərə səs verdiyi məlum olub.

Msport.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Argentina millisinin kapitanı səsvermədə 1-ci yeri PSJ-dən komanda yoldaşı Neymara verib.

Messi PSJ-nin digər üzvü Kilian Mbappeni siyahıda 2-ci yazıb. O, 3-cü yeri “Real”ın fransalı hücumçusu Kərim Benzemaya verib.

“The Best” mükafatlandırma mərasimində Messi 52 xalla 1-ci olub. Mbappe 2-ci (44), Benzema 3-cü yeri tutub – 34. Neymar 13 xalla yalnız 9-cu nəticə göstərib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər