featured-image-23887

PSJ-nin hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusuna təqdim olunan FİFA “The Best” mükafatını alacaq.

Msport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo”nun jurnalisti Fransesk Aqilar məlumat yayıb.

Qalibin adı fevralın 27-də Parisdə keçiriləcək mərasimdə açıqlanacaq.

Nominantlar arasında Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzema da (Real, Fransa) var.

FİFA bütün namizədlərdən təddbirə qatılmalarını xahiş edib.

2021-ci ildə “The Best” mükafatını Mesi və Mohammed Salahı qabaqlayan Robert Levandovski qazanmışdı.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər