featured-image-29976

“Lester Siti”nin futbolçusu Yuri Tilemans bu yay klubu tərk edəcək.

Msport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin bir neçə top klubdan təklifinin olduğu bildirilir. Tilemans hazırda bütün diqqətini mövsümün son matçlarına cəmləyib, bundan sonra karyerasını davam etdirmək variantlarını nəzərdən keçirəcək.

Qeyd edək ki, “tülkülər” Çempionşipə düşmək təhlükəsindədir. Komanda çempionatın başa çatmasına iki tur qalmış 19-cu pillədə qərarlaşıb və 17-ci sırada olan “Everton”dan 2 xal geri qalır.

Royal Türksoy

Bənzər xəbərlər