featured-image-28810

“Lester Siti”nin futbolçusu Yuri Tilemans karyerasına İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Yuventus”un transfer hədəflərindən biridir. “Qoca sinyora” yaxın günlərdə belçikalı üçün Premyer Liqa klubuyla danışıqlara başlayacaq.

Qeyd edək ki, Tilemans 2019-cu ildən “tülkülər”in şərəfini qoruyur. O, cari mövsüm ərzində 32 oyuna 4 qol vurub, 1 assist edib.

Royal Türksoy

Bənzər xəbərlər