Tomas Müller Messinin komandasında oynaya bilər
Almaniyanın “Bayern Münhen” klubunun futbolçusu Tomas Müller karyerasını ABŞ-da davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçinin Lionel Messinin komanda yoldaşı olmaq ehtimalı var.
“İnter Mayami” orta xəttə oyunçu axtarışındadır. Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Müller okeanın o tayına yollanmağın əleyhində deyil.
Qeyd edək ki, 35 yaşlı 2024/2025 mövsümündə 12 oyunda 3 qol və 3 ötürmə ilə yadda qalıb.