Tomas Müllerə A Seriyasından təklif
“Bavariya”nın hücumçusu Tomas Müller karyerasını İtaliyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, mövsümün sonunda Münhen klubunu tərk edəcəyini açıqlayan 35 yaşlı forvard A Seriyasından təklif alıb.
Almaniya yığmasının sabiq üzvü “Fiorentina”nın maraq dairəsindədir. Florensiya təmsilçisi yayda azad agent statusu daşıyacaq Müllerlə anlaşmağın yollarını axtarır.
Qeyd edək ki, Tomas Müller bu mövsüm “Bavariya”nın heyətində keçirdiyi 39 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə verib.







