featured-image-42928

Almaniyalı Tomas Müller “Bavariya”nın heyətində 500-cü qələbəsini qazanıb.

Msport.az xəbər verir ki, bu, Münhenqladbax “Borussiya”sı ilə Bundesliqanın XX tur matçına təsadüf edib.

Münhen təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.

34 yaşlı oyunçu “Bavariya”da 690 oyunda meydanda olub. O, cari mövsüm 24 qarşılaşmada 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər