Tomasson: “Azərbaycan millisinə açıq oyun təklif etdik”
“Rəqibə açıq oyun təklif etdik”.
Msport.az xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının C Divizionunun I tur oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis qələbəni şərh edib: “Nəticədən razıyam. Kifayət qədər qol şansı əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndən sonra futbolçularım mövqelərini tuta bilmirdilər. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam. Ona növbəti oyunlarda da şans verəcəyəm”.
“Bakıda belə nəticə qazanmaq, məncə, həm çox çətin, həm də təqdirəlayiqdir. Penaltidən qol buraxsaydıq belə, daha sonra yaratdığımız təhlükəli vəziyyətlərdən istifadə edə bilərdik”, – deyə Yon Dal Tomasson bildirib.