Tonali “Milan”ın oyunlarına pul qoyduğunu etiraf edib
İtaliya millisinin üzvü Sandro Tonali etiraf edib ki, “Milan”da çıxış edərkən bu komandanın oyunlarına bukmekerlərdə pul qoyub.
Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hazırda “Nyukasl”ın formasını geyinən futbolçunu 1 ilədək cəza gözləyir.
Mənbənin sözlərinə görə, Tonali meydana çıxmadığı matçlarda “rossonerri”nin qələbəsinə mərc edib. O, həmin vaxt meydanda olmadığı üçün bu yüngülləşdirici hal kimi nəzərə alınacaq.
Əgər Tonali araşdırmala kömək etsə, onun cəzası yüngülləşdirilə bilər. Qeyd edək ki, öncədən yarımmüdafiəçinin 3 il futboldan uzaqlaşdırılacağı ilə bağlı xəbərlər yayılmışdı.