featured-image-46560

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) TOP-5 Avropa çempionatlarının ən güclü müdafiəyə malik olan klublarının adlarını açıqlayıb.

Msport.az xəbər verir ki, hər matçda qapısına gələn zərbə sayına görə Avropanın TOP-5 liqalarında ən yaxşı müdafiəyə malik klub “Arsenal” olub – ortalama 2,3 zərbə.

Bu göstəricidə ikinci yeri 2,4 zərbə ilə “İnter” tutub. “Real” 2,7 zərbə ilə 3-cü olub.

“Arsenal” (İngiltərə) – 2,3.

“İnter” (İtaliya) – 2,4.

Real Madrid (İspaniya) – 2,7.

“Mançester Siti” (İngiltərə) – 2,8.

“Nitsa” (Fransa) – 2,9.

“Yuventus” (İtaliya) – 3,0.

“Bavariya” (Almaniya) – 3,3.

“Bayer” (Almaniya) – 3,3.

“Leyptsiq” (Almaniya) – 3,3.

“Bolonya” (İtaliya) – 3,3.

Bənzər xəbərlər