featured-image-44425

İspaniyanın “Vilyarreal” komandasının futbolçusu Aleks Baena karyerasını top klublardan birində davam etdirə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Mançester Siti” və “Arsenal” maraqlanır.

Bundan əlavə, “Liverpul”, “Aston Villa”, “Brayton” və “Atletiko” da oyunçunu yaxından izləyir.

La Liqa təmsilçisi Baenanı 60 milyon avroya satmağa hazırdır.

O, bu mövsüm “Vilyarreal”ın heyətində 32 oyun keçirib, 4 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər