featured-image-24396

İngiltərə Premyer Liqasının 26-cı turunda “Bornmut”un qapısına 97-ci dəqiqədə qələbə topunu vuran “Arsenal”ın yarımmüdafiəçisi Ris Nelson qalib gəldikləri oyundan danışıb. Msport.az xəbər verir ki, “topçular” 3:2 hesabı ilə əzmkar qalibiyyət əldə ediblər:

“Top mənə düşəndə fikirləşdim ki, zəhmət olmasa, mənə bir şans verin. Bu möhtəşəmdir.

Top qapıya gedəndə hamı dəli olmuşdu. Bu mənim üçün böyük andır. Bütün həyatım boyu “Arsenal”dayam və bu mənim üçün böyük əhəmiyyət kəsb edir.

Sona qədər getmək üçün bizə belə anlar lazımdır. İndi digər komandalara baxmırıq, özümüzə diqqət yetiririk. Biz hər gün, oyundan-oyuna irəli gedəcəyik.  “Arsenal” azarkeşi kimi nəticədən çox sevincliyəm”.

Xatırladaq ki, “Arsenal” “Bornmut”la görüşdə 0:2 hesabı ilə geridə olsa da, 3 qol vuraraq qələbə qazanıblar.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər