“Topçular”ın istədiyi yarımmüdafiəçi
“Arsenal” Belçika yığmasının futbolçusu Şarl De Ketelaerla maraqlanır.
Msport.az xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta bu transferi arzulayır.
İspaniyalı mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin oyun üslubunu çox bəyənir. De Ketelaerla İngiltərinin “Mançester Siti”, “Tottenhem” və “Nyukasl” kimi klubları da maraqlanır. Onun transfer qiyməti 34 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, Şarl 2024/2025 mövsümündə 10 oyunda meydana çıxıb. Onun 2027-ci ilin yayına kimi müqaviləsi var.