Topdaşıyan uşaqlara qadağa qoyuldu
İngiltərə Premyer Liqasında topdaşıyan uşaqlara qadağa tətbiq edilib.
Msport.az xəbər verir ki, bundan sonra matçlarda top meydandan kənara çıxdığı zaman bolboylar onu həmin komandanın oyunçusuna ata bilməyəcəklər.
İngiltərə Premyer Liqasının təşkilat komitəsi bununla təhlükəli hücumların qarşısının alınacağını düşünür.
Nəticədə hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaqla onların təhlükəli hücumlar yaratmasının qarşısı alınacaq.
Bu qərardan sonra yan xətlərin yaxınlığında əlavə 4 top qoyulacaq. Həmin 4 topdan biri istifadə olunarsa, bolboylar yalnız bu zaman onu yeniləri ilə əvəzləyə bilər.