“Torpedo” Premyer Liqadan kənarlaşdırıldı
Moskva “Torpedo”su klubu Rusiya Premyer Liqasından kənarlaşdırılıb.
Msport.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi bununa bağlı qərar qəbul edib.
2025-26 mövsümündə Premyer Liqada iştirak etməyəcək klub həmçinin 5 milyon rubl cərimələnib. “Torpedo”nun sahibi Leonid Sobolev 5, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Rusiya klubunun rəhbərliyi hakimlərə rüşvət verməkdə ittiham olunurdu. Ölkə çempionatının başlamasına 8 gün qalsa da, “Torpedo”nu əvəzləyəcək klub hələlik müəyyənləşməyib.