“Tottenhem” 2025-ci il üçün transferini indidən açıqladı
“Tottenhem” “Hayduk”un 16 yaşlı futbolçusu Luka Vuskoviçi transfer edib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı müdafiəçi ilə 2025-ci ilin iyunundan başlamaqla 2030-cü ilin yayına kimi müqavilə imzalanıb. 2025-ci ilin iyununa kimi isə o, Xorvatiya təmsilçisində oynamağa davam edəcək.
Qeyd edək ki, bu ilin fevralında ilk peşəkar matçına çıxan Vuskoviç ölkəsinin yüksək liqasında oynayan ən gənc futbolçu olub.







