featured-image-22867

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur zədə səbəbindən mövsümün sonunadək meydana çıxa bilməyəcək.

Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 23-cü turunda “Lester”lə oyunda (1:4) zədə alan futbolçu 65-ci dəqiqədə əvəzlənmişdi. O, buna qədər komandasının matçda yeganə qolunun müəllifi olmuşdu.

Məlum olub ki, Bentankur sol dizinin çarpaz bağlarından zədə alıb. O, yaxın vaxtlarda əməliyyat olunmalıdır. Uruqvaylı yarımmüdafiəçi  mövsümün sonuna kimi meydana çıxa bilməyəcək.

Bentankur bu mövsüm “Tottenhem”in heyətində 26 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər