featured-image-23914

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Tottenhem” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. London derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

25-ci turun “Mançester Yunayted” – “Brentford” və “Nyukasl” – “Brayton” matçları təxirə salınıb.

Hazırda 57 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 55 xalla ikinci, “Mançester Yunayted” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”in 45, “Nyukasl”ın 41, “Fulhem”in 39, “Liverpul”un 36, “Brayton” və “Brentford”un 35, “Çelsi” və “Aston Villa”nın 31 xalı var.

İngiltərə Premyer Liqası
25–ci tur

24 fevral

Fulhem – Vulverhempton 1:1
Qol: Solomon, 64 – Sarabiya, 23.

25 fevral

Everton – Aston Villa 0:2
Qol: Uotkins, 63-pen. Buendiya, 81.

Lids – Sauthempton 1:0
Qol: Firpo, 77.

Lester Siti – Arsenal 0:1
Qol: Martinelli, 46.

Vest Hem – Nottingem Forest 4:0
Qol: D.İnqs, 70; 73. D.Rays, 78. M.Antonio, 85.

Bornmut – Mançester Siti 1:4
Qol: Lerma, 83 – X.Alvares, 15. Haland, 29. Foden, 45. Mepham, 51-öz qapısına.

Kristal Pelas – Liverpul 0:0

26 fevral

Tottenhem – Çelsi 2:0
Qol: Skipp, 46. Keyn, 82.

Bənzər xəbərlər