“Tottenhem”də 35 yaşlı qapıçı ilə yeni müqavilə
İngiltərənin “Tottenhem” klubu qapıçısı Fraser Forster ilə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqanın təmsilçisinin rəsmi saytı məlumat yayıb.
35 yaşlı oyunçunun yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildən “Tottenhem”də çıxış edən Fraser Forster 22 matçda meydana çıxıb.