“Tottenhem”də italiyalı qapıçı
Qulyelme Vikario tibbi müayinədən keçmək və “Tottenhem”lə müqavilə bağlamaq üçün bu gün Londona gələcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano tviterdə paylaşım edib.
26 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanacaq. “Tottenhem” onun transferinə görə “Empoli”yə 19 milyon avro ödəyəcək.
Vikario karyerası ərzində “Udineze”, “Venetsiya”, “Kalyari”, “Peruca”, “Empoli” kimi İtaliya klublarının şərəfini qoruyub.
ANAR







