“Tottenhem”dən 50 milyonluq transfer
“Volfsburq”un müdafiəçisi Miki van de Ven “Tottenhem”ə keçəcək.
Msport.az xəbər verir ki, artıq klublar arasında tam razılıq əldə olunub. 22 yaşlı futbolçu sabah tibbi müayinədən keçmək üçün Londona uçacaq. Transfer məbləği 50 milyon avro olacaq. Müqavilə müddəti 2028-ci ilə qədər hesablanıb.
Van de Ven 2021-ci ilin yayından “Volfsburq”da çıxış edir. Niderlandlı futbolçu ötən mövsüm 36 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Royal Türksoy







