featured-image-22923

“Milan”ın baş məşqçisi Stefano Pioli “Tottenhem”lə Çempionlar Liqasının 1\8 final mərhələsində keçiriləcək oyundan danışıb.

Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, görüş bu gecə keçiriləcək:

“İnanırıq ki, “Tottenhem”lə eyni gücdəyik. Çempionlar Liqasını qazanmaq bizim arzumuzdur. Amma hazırda bu haqda düşünmək mənasızdır.

Bir həftə əvvəl “Tottenhem” “Mançester Siti”ni məğlub edib. Lakin biz Kontenin komandasından nə zəifik, nə də güclü. Bu, böyük oyundur. Məqsədimiz görüşdə yaxşı çıxış etməkdir”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər