featured-image-26356

“Tottenhem”in müdafiəçisi Emerson zədə səbəbindən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Braziliya millisinin düşərgəsində dizindən zədə alıb. O, əməliyyat olunmalıdır.

Emerson bu mövsüm İngiltərə Premyer Liqasında 22 oyuna 2 qol vurub.

Qeyd edək ki, “Tottenhem” bu günlərdə Antonio Konte ilə yollarını ayırdı. Müvəqqəti olaraq mövsümün sonuna kimi London klubuna Kristian Stellini rəhbərlik edəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər