featured-image-30848

“Tottenhem” Harri Keynlə bağlı gələn bütün təklifləri rədd edəcək.  Msport.az xəbər verir ki, bu iddia ilə “London Evening Standart”ın müxbiri Dan Kilpatrik çıxış edib.

Onun sözlərinə görə, London klubunun rəhbərliyi hücumçunu yay transfer pəncərəsində satmayacaq. “Tottenhem” 29 yaşlı futbolçunu müqaviləsi başa çatanda  – 2024-cü ildə sərbəst buraxacaq.

“Tottenhem”in yetirməsi olan Keyn bu mövsüm 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, bir müddət əvvəl “Tottenhem”in forvardı İngiltərə Premyer Liqası klublarına 150 milyon avroya, ölkə xaricindəki komandalara isə 100 milyona sata biləcəyinə dair xəbər yayılmışdı.

“Mançester Yunayted” və “Bayern” İngiltərə millisinin üzvünü öz heyətlərində görmək istəyirlər.

 

 

Bənzər xəbərlər