featured-image-28630

“Tottenhem”in futbolçusu Lukas Moura yayda klubdan ayrılacaq.

Msport.az xəbər verir ki, London təmsilçisi yayda müqaviləsi başa çatacaq hücumçuyla yollarını ayırmağa qərar verib. Braziliyalı futbolçu “Tottenhem”i azad agent statusuyla tərk edəcək.

30 yaşlı futbolçu İtaliya və Fransa klublarının hədəfindədir.

Qeyd edək ki, Moura 2018-ci ildən “Tottenhem”in şərəfini qoruyur. O, bu mövsüm 16 oyunda iştirak edib və heç bir məhsuldarlıqla yadda qala bilməyib.

Royal Türksoy

Bənzər xəbərlər