“Tottenhem” icarəyə götürdüyü futbolçunu transfer etdi
“Tottenhem” “Yuventus”dan icarəyə götürdüyü Deyan Kuluşevskini tam transfer edib.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Tottenhem” isveçliyə görə Turin təmsilçisinə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kuluşevski ötən mövsüm Premyer Liqada 30 oyunda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Royal Türksoy







