featured-image-39950

İngiltərənin “Tottenhem” klubunun Premyer Liqada 10 xalı silinə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, buna London təmsilçisinin futbolçusu Cermeyn Defonun 15 il əvvəl, 2008-ci ildə “Portsmut”a keçidi səbəb olub.

“Tottenhem” keçmiş hücumçunu 8,5 milyon avroya satıb və transfer danışıqları aparmaq üçün lisenziyasız agent Mitçell Tomasdan istifadə edib.

Bu keçiddə iştirak edən digər agent Stüart Petersin isə müqaviləsi olmayıb. FA qayda pozuntusundan xəbərdar olsa da, 2010-cu ildə londonlulara sanksiya tətbiq etməyib. Bununla belə, həmin il “Luton Taun” oxşar pozuntuya görə 10 xaldan məhrum edilib.

Hazırda assosiasiya bu işə yenidən baxmağı nəzərdən keçirir.

Bənzər xəbərlər