featured-image-61562

“Tottenhem”in qapıçısı Qulyelme Vikario zədəsini sağaldıb və “Mançester Yunayted”lə bazar günü keçiriləcək oyunda meydana çıxa bilər. Msport.az xəbər verir ki, London klubunun baş məşqçisi Anqelos Postekoğlu bu barədə məlumat verib:

“Vik vaxtından əvvəl sıraya qayıtdı. İki həftə ərzində o, çox yaxşı məşq edib. Son 10 gündə komanda ilə məşqlərə qoşuldu və bütün “yükləmələri” aldı. Odur ki, Vikario yaxşı formadadır”.

Xatırladaq ki, qolkiper noyabrın 23-də “Mançester Siti” ilə oyunda zədələnmişdi. Həmin vaxt Vikario zədəli-zədəli görüşü sona qədər başa vurmuşdu.

Bənzər xəbərlər