“Tottenhem”in yeni baş məşqçisi məlum oldu
Danimarkalı Tomas Frank “Tottenhem”in yeni baş məşqçisi olacaq. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
51 yaşlı mütəxəssis hazırda “Brentford” klubunu çalışdırır. “Tottenhem” Frankın keçidinə görə, “Brentford”a 12 milyon avro ödəyəcək.
Xatırladaq ki, London klubu iyunun 6-da Anqel Postekoğlunun baş məşqçi postundan uzaqlaşdırılması barədə qərar qəbul edib.