"Tottenhem"in yeni mövsüm forması - FOTO
“Tottenhem” 2023-2024 mövsümü üçün yeni ev formalarını təqdim edib. Msport.az xəbər verir ki, “Nike” firması London klubu üçün başdan-başa ağ rəngli geyim hazıırlayıb.
Komandanın titul sponsoru AIA-nın loqosu qırmız rəngdə fərqləndirilib.
Qadınlardan ibarət komandanın şortları tünd rəngdə hazırlanıb. Ümumiyyətlə, İngiltərə Premyer Liqasında qadın futbolçuların xahişinə əsasən, onlar üçün ağ rəngdə şort tikilmir.

ANAR ABDULLAYEV







