featured-image-34952

“Tottenhem” “Bayern Münhen”in Harri Keyn üçün göndərdiyi növbəti təklifini də rədd edib.

Msport.az xəbər verir ki, hər iki klubun nümayəndələri Londonda danışıqlar aparıb, lakin münhenlilərin Keyn üçün etdiyi təklif qarşı tərəfi razı salmayıb. “Bayern” hazırda yeni təklif göndərməyi planlaşdırır.

Keynin London təmsilçisiylə müqavilə müddəti gələn yay bitir.

Qeyd edək ki, Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir. O, 270 qolla klub tarixinin bombardiridir.

Royal Türksoy

Bənzər xəbərlər